XİDMƏTLƏRİMİZ
Tikintinin hər mərhələsi bir yerdə
Layihənin ölçüsündən asılı olmayaraq eyni yanaşma: aydın smeta, öz komandamız, razılaşdırılmış müddət.
Ümumi müqavilə
İctimai, yaşayış və sənaye tikintisi
Çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisini baş podratçı kimi, sıfırdan təhvilə qədər aparırıq. Nümunə: Nizami rayonunda 16 mərtəbəli bina, Koroğlu Rəhimov küçəsində 6 bloklu kompleks.
Dizayn və tikinti
Layihələndirmə və icra bir əldə
Şəxsi ev və villaların layihələndirilməsi və açar təslimi tikintisi: Bilgəh, Mehdiabad, Novxanı. Hovuz, həyət və abadlıq işləri daxil.
Təmir və yenidənqurma
Mövcud obyektlərin yenilənməsi
Mənzil və evlərin açar təhvili təmiri, fasad işləri, ventilyasiya və elektrik sistemləri. Nümunə: Qrand Həyat kompleksində mənzil, Lənkəranda otel fasadı.
İnfrastrukturun inkişafı
Su, drenaj və kommunikasiya xətləri
Hidrotexniki qurğular, su kanalları, drenaj və kommunikasiya xətləri, su kəmərlərinin təmiri. Nümunə: Türyançay üzərində qurğu, Qazax su kanalı, Samur-Abşeron kəməri.
Söküntü və torpaq işləri
Söküntü, katlavan, daşınma
Binaların sökülməsi və tullantının daşınması, katlavan qazılması, yeraltı sığınacaq tikintisi. Nümunə: Binəqədidə 6 mərtəbəli binanın söküntüsü.
Layihənizi müzakirə edək
Sorğunuzu göndərin, mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlasın.
İdeyadan hazır obyektə 4 addım
-
Konsultasiya
Ehtiyaclarınızı, büdcəni və müddəti birlikdə dəqiqləşdiririk.
-
Baxış və smeta
Obyektə baxırıq, ölçü götürürük və maddələr üzrə smeta hazırlayırıq.
-
Tikinti
İşləri plan üzrə, daimi keyfiyyət nəzarəti ilə öz komandamız icra edir.
-
Təhvil
Obyekti yoxlanmış və istifadəyə hazır şəkildə aktla təhvil veririk.